Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Aşıq Ələsgər küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən çörək sexində işləyən Elşad Kərimov bıçaqlanaraq qətlə yetirilib. İlkin ehtimala görə, Elşad Kərimovun iş yoldaş tərəfindən öldürüldüyü bildirilir. Cinayəti törədən hadisə yerindən qaçıb.
Elşad Kərimovu qətlə yetirən şəxsin həbs edilməsi üçün polis əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Həmin şəxsin yaxalanması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov