Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Hövsan qəsəbəsi E.Qasımov küçəsində Emil Vəliyevə məxsus evdə qeydə alınıb. Emil Vəliyevin mənzilindən 18,5 min manat və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hövsan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zaur Cəfərov saxlanılıb.
Hacı Zeynalov