2 Noyabr 2014 13:25
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandın şimal-şərqində Kxonken əyalətində gizli kazinoların birində uduzan müştəri tərəfindən açılmış atəş nəticəsində iki nəfər ölüb, 10 nəfər isə yaralanıb. Teleqraf.com TASS agentliyinə istinadən məlumatına görə, bu barədə yerli polis açıqlama yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli sakinlərdən biri 300 dollarını uduzaraq kazinoda qalmaqal salıb. Kazinonun personalı və digər müştərilər qalmaqalçını sakitləşdirmək məqsədilə ona 10 dollar verərək kazinonu tərk etməyi xahiş ediblər. Bir saatdan sonra həmin şəxs kazinoya qayıdaraq, avtomat silahından atəş açıb. Hadisə yerində polislər AK-47 avtomatın çoxlu sayda gilizini aşkar ediblər.

Cinayətkar hadisə yerindən qaçıb, onun şəxsiyyəti müəyyən edilib. Hücum edən şəxs barəsində axtarış elan edilib, polisdən bildirilib.

Tailandda qumar oyunları qanunla qadağandır. Gizli kazino sahibi və bir neçə nəfər istintaq müddətinə həbs ediliblər.


Müəllif: