Abşeron rayonunda yanıq xəsarəti alan şəxs xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Güzdək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Sərraf Novruzov ocağa benzin tökərkən yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş yaralı noyabrın 1-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov