Yevlax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb. Mingəçevir şəhər sakini İlqar Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov