4 Noyabr 2014 16:41
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1966-cı il təvəlüdlü Mehdi Məmmədov tutulub. Ondan 214,312 qram heroin götürülüb. Mehdi Məmmədovun əvvəllər də məhkumluq həyat yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: