5 Noyabr 2014 01:01
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bank işçisi Ruri Jutinq Honq Konqda 2 fahişəni qətlə yetirməkdə günahlandırılır. Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı oğlan cinayətləri nişanlısının ona xəyanət etməsindən sonra törədib.

Polisin məlumatına görə, şübhəli şəxs qorxunc cinayətlərindən əvvəl işindən də istefa verib.

Polis Jesse Lorena adlı qadını boğazından bıçaqlanmış halda, digərini isə çamadan içində doğranmış şəkildə tapıb. 25 yaşlı Sumarti Ninqşinin parçalanmış cəsədinin yanında bıçaq, kokain və seks oyuncaqları da olub.

Polis qətldə şübhəli bilinən Ruri Jutinqin cib telefonunda qadınlarla çəkilmiş fotoları tapıb. Ruri Jutinq noyabrın 10-da hakim qarşısına çıxarılacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər