Azərbaycanda casusluqda ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası başlayıb.
İstintaq orqanı tərəfindən Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə ittiham elan edilib.