6 Noyabr 2014 11:03
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyə olunub xəsarət alan yoxdur. Yanğın söndürülüb.

Qeyd edək ki, 51 saylı orta məktəb 2011-ci ildə əsalı təmir olunub.

İLHAMƏ


Müəllif: