7 Noyabr 2014 10:02
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində bıçaqlanma hadisəsi baş verib.

Yevlax rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, şəhər sakini Yaşar Əlizadə münaqişə zəminində həmyerlisi Elxan Hüseynova bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar Əlizadə tutulub. İlkin dindirilmə zamanı Yaşar Əlizadə törətdiyi cinayəti etiraf edib. O, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: