31 Avqust 2021 22:26
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə küçədə azyaşlını polis əməkdaşlarına təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, körpəni polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası, Zaqatala rayon sakini Esmira Məmmədova ilə əlbir olub. Onlar uşağı qərarlaşdırdıqları üzrə polisə veriblər.

Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, avqust ayının 30-u gecə saatlarında Tural Tağıyev adlı şəxs Gəncə şəhərində xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib. Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər