11 Noyabr 2014 14:34
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Bərdə rayon sakini Natiq Tağıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Natiq Tağıyev ötən il, noyabrın 22-də M.Həsənov küçəsində Beyləqan rayon sakini Tural Kərimovu bıçaqlayıb. Vaxtında xəstəxanaya çatdırılan Tural Kərimovun həyatını xilas etmək mümkün olub. Natiq Tağıyev Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Natiq Tağıyev Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Natiq Tağıyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmənin qərarı ilə Natiq Tağıyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi üzrə hökm ləğv edilib, onun barəsində yeni hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Natiq Tağıyev Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və ona qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər