12 Noyabr 2014 11:55
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Tahir Qüvvətovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyeva sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tahir Qüvvətov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri barədə 161 “Qaynar xətt” əlaqə mərkəzinə şikayət daxil olub.

Daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı sürücülük məktəbinin direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü vəzifəsinə işə qəbul etmək üçün 1000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanılıb.

Tahir Qüvvətəv Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: