10 Oktyabr 2021 09:41
11 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları ölkə hüdudlarından kənarda fahişəliyə cəlb etməkdə ittiham olunan Ülviyyə Həsənovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Ülviyyə Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Ülviyyə Həsənova İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov