FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən şəxslə apardığı danışıqlar öz nəticəsini verib.
Teleqraf.com-un məlumatına görə, gənc xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib.
Yaxınları bildiriblər ki, intihara cəhd edən şəxs içkili vəziyyətdə olub. Evdən çıxarkən ailə üzvlərini özünü öldürəcəyi ilə hədələyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.