Bakıda bir neçə oğurluq hadisəsi törətməkdə təqsirli bilinən şəxs tutulub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Viktor Məmmədovun evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Seyran Rəhimov tutulub.
Seyran Rəhimov bu ilin oktyabrın 10-da Gəncə prospektində yaşayan 1938-ci il təvəllüdlü Viktor Məmmədovun evindən 10 min manat pul və evin sənədləri oğurlayıb.
Əməliyyat –istintaq yolu ilə müəyyən edilmişdir ki, şübhəli şəxs iyulun 1-də saat 16:00 radələrində, Sarayev küçəsi 22-nin qarşısında Bakı şəhər sakini Sərvinaz Nağıyevanın əl çantasından 200 manat pulunu, bank kartının və şəxsi sənədlərini, sentyabrın 9-da Əyyub Əliyevin velosipedini oğurlayıb.
Seyran Rəhimov yaxalanan zaman ondan 12 qramdan artıq marixuana götürülüb.
Hacı Zeynalov