14 Noyabr 2014 01:20
997
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün axşam saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Xaçmaz peşə məktəbinin qarşısında baş verib. Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Nəbiyev Polad Rafiq oğlu bıçaqlanıb. P. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Müəllif: