14 Noyabr 2014 11:05
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ərini döyüb öldürməklə təhdid edən qadına qarşı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Adanada baş verib. 35 yaşlı R.B qısqanclıq səbəbindən hər gün onu işə aparıb gətirən, telefonuna nəzarət edən əri Ü.B-nı döyüb. Ərini öldürməklə hədələyən qadına qarşı cinayət işi açılıb.

Polisin məlumatına görə, Ü.B kafedə kassir işləyən həyat yoldaşından kafenin sahibi ilə əlaqəsinin olub-olmadığını soruşub. Sonra isə R.B-nin telefonunu əlindən zorla alıb. Qadın isə telefonunu geri almaq üçün onu vurub və öldürməklə hədələyib.

Hadisə yerinə gələn polis cütlüyü bölməyə aparıb.

Həyat yoldaşı tərəfindən döyüldüyünü deyən Ü.B polisə ifadəsində qısqanc olduğunu söyləyib. O, “Həyat yoldaşım demək istəmədiyim pis işlər görüb. Əlimdən telefonu boğazımı dırnaqları ilə cızaraq aldı. Sonra məni təhqir etməyə başladı. Onu təhdid etmədim. Daha əvvəl məni öldürməklə hədələdi. Onun cəzalandırılmasını istəyirım” deyib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər