Bakının Nərimanov rayonunda dələduzluq faktı aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tofiq Əliyev saxlanılıb.
Tofiq Əliyev oktyabrın 12-də Bakı şəhər sakini Roman İrzayevin etibarından sui-istifadə edərək onun 2000 manatını və mobil telefonunu dələduzluq yolu ilə ələ keçirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov