15 Noyabr 2014 08:15
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqrf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonunun Alpı kəndində iki "KAMAZ" markalı yük avtomobili toqquşub.

Avtomobillərdən birinin sürücüsü, 1964-cü il təvəllüdlü Hüseynov Qara Dəmir oğlu hadisə yerində vəfat edib. Xilasedicilər sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:56-da başa çatıb.


Müəllif: