16 Noyabr 2014 20:44
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə dəhşətli cinayətin üstü açılıb. Teleqraf.com türk mediasıa istinadn xəbər verir ki, hadisə Dənizlidə baş verib.
Belə ki, bir neçə gün əvvəl Bağbaşı kəndindəki meşəlik ərazidə Onur S.-in yerə basdırılmış meyiti aşkarlanmışdı. Şəhər polisi qısa zamanda cinayətin üstünü açıb. Məlum olub ki, 16 yaşlı oğlanı sevdiyi qızın atası Ahmet T. və qardaşı Akın T. öldürüb.
Ahmet T. istintaqa cinayəti etiraf edib: "Qızımla münasibətlərini öyrəndikdən sonra ona xəbərdarlıq etdik, amma bizi dinləmədi. Daha sonra oğlumla onu maşına mindirərək meşəyə apardıq. Burda nişanlanmalı və evlənməli olduqlarını dedik. Yenə qəbul etmədi. Onu bıçaqladıqdan sonra basdırdıq. Onur ölmədən öncə bizə "Anama çox əziyyət verdim. Söyləyin haqqını halal etsin" dedi".
Məhkəmə tibbi-ekspertizası zamanı məlum olub ki, qatillər Onur T.-yə 65 bıçaq zərbəsi vurublar və onu ölmədən torpağa basdırıblar.

Müəllif:

Oxşar xəbərlər