18 Noyabr 2014 13:20
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi itkin düşən üç qızın tapılmasını təmin edib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən Xəyalə Əzizova tapılaraq evinə qaytarılıb.

Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də itkin düşən Xırdalan şəhər sakini, 1999-cu il təvəllüdlü Teybə Quliyeva tapılıb.

Bundan başqa Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları noyabrın 12-də itkin düşən Bakıxanov qəsəbəsində yaşayan, 1997-ci il təvəllüdlü Nərmin İsmayılovanı tapılıb.

Hacı Zeynalov


Müəllif: