6 Yanvar 2022 14:58
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində olan cinayət işi üzrə məhkəmə pfrosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 18-nə təyin edilib.

***

09:36

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

İş hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası bu gün saat 11.05-də başlanacaq.

Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad rayon İcra Hakimiyyətində ötən ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər