İngiltərənin İcmalar palatası ölkədə uşaqların seksual istismarı ilə bağlı məruzə hazırlayıb.
Publika.az “Independent” qəzetinə istinadən xəbər verir ki, məruzədə İngiltərədə uşaqların seksual istismarının geniş yayıldığı qeyd olunub.
Roterem şəhərində uşaqların seksual istismarı ilə bağlı qalmaqaldan sonra hazırlanmış məruzədə deyilir ki, İngiltərədə azyaşlıların zorlanması halları geniş yayılıb. Məruzədə 1997-ci ildən 2013-cü ilə qədər Roterem şəhərində 1400-ə qədər bu cür faktın qeydə alındığı bildirilir. Qeyd olunur ki, məruzə Roterem şəhəri ilə bağlı hazırlansa da ölkənin digər yerlərində də vəziyyət ürəkaçan deyil.
Məruzədə həmçinin deyilir ki, Roterem şəhər soveti və Maarifləndirici Standartlar İdarəsi seksual zorakılığın yerli qurbanlarını pis vəziyyətə qoyub.
2012-ci ilin avqustunda idarə hesab etdi ki, Roteremdə uşaqların müdafiəsi xidməti lazımı şəkildə işləyir.