20 Noyabr 2014 11:30
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 19-da saat 21.30 radələrində qeydə alınıb. Sabunçu qəsəbəsi Əsədullayev küçəsində 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Nihad İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən, Sabunçu qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər