Xudat şəhərində intihar hadisəsi baş verib.
Xudat şəhər Polis Bölməsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Əliağa Şıxlınski ünvanında qeydə alınıb.
1965-ci il təvəllüdlü Xanəhməd Babayev özünü asaraq ölüb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov