21 Noyabr 2014 11:53
1 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə bildirilib ki, yanğın hadisəsi saat 11:06-da baş verib. Bir dəqiqə sonra isə - saat 11:07-də hadisə yerinə 5 yanğınsöndürən maşın çıxıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib.


Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

11:30

Bakıda bazarda yanğın başlayıb.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, yanğın Sabunçu qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Müəllif: