Bakının Yasamal rayonunda soyğunçuluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmıtindən məlumat verilib.
Məlumata görə, Ağdam rayon sakini Şəbnəm Dadaşpur Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edərək noyabrın 21-də soyğunçuluqula üzləşdiyini bildirib.
O, qeyd edib ki, həmin gün Cəbrayıl rayon sakini Xanoğlan Cəbrayılovun ona zor tətbiq edərək içərisində 10.000 ABŞ dolları olan çantasını almasını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Cəbrayılov saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov