Bərdə polisi narkotik vasitələrin qanunsuz dövriyyəsiinə qarşı əməliyyat keçirib.
Teleqraf.com-un xəbərinə görə, aparılan əməliyyat zamanı külli miqdarda qurudulmuş marixuana aşkar edilib.
Bərdə polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində rayonun Mehdili kənd sakini Arif Ağayev saxlanılıb. Saxlanılan şəxsin yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Aparılan əməliyyat tədbirləri zamanı evin bir otağında sərili halda və müxtəlif bağlamalarda çeşidlənmiş bükümlər aşkar edilib. Bükümlər evdə olan qabların içərisində, dolabda və yük yerində aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni kəndin yaxınlığından keçən su kanalının kənarında əkib-becərdiyini etiraf edib.
Tapılan narkotik vasitənin ümumi çəkisi 3 kq 675 qram olub. O, küllü müqdarda olmasına baxmayaraq, narkotik vasitəni şəxsi istifadəsi üçün becərdiyini deyib. Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Saxlanılan şəxs onu da qeyd edib ki, narkotik vasitələrin becərilməsi ilə iki ildir ki məşğul olur.
Daşqın Abdullayev, Bərdə