Hindistanda valideynlər qızını başqa kastdan olan şəxslə evləndiyi üçün öldürüblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Delhi universitetinin tələbəsi 21 yaşlı Bhavna Yadav Hindistanda “şərəf cinayəti”nin qurbanı olub. Belə ki, Yadav valideynlərinin narazılığına baxmayaraq, başqa kastadan olan 24 yaşlı proqramçı Abhişek Seth ilə gizlin nikaha girib.
Nikah baş tutduqdan sonra o, ailəsinə zəng edərək, etdiyi hərəkətlə bağlı məlumat verib. Valideynləri qızı ilə görüş təyin edir. Yadav görüşə gəldikdə isə valideynlər onu boğaraq öldürür, cəsədi Delhidən Alvara gətirərək yandırırlar.
Həyat yoldaşının itkin düşdüyünü görən Seth polisə müraciət edir. Araşdırmalar zamanı polis qadının valideynləri və dayısı tərəfindən öldürüldüyünü aşkar edib.
Seth 6 ay əvvəl Yadavın ailəsi ilə tanışlıq zamanı valideynlərin onların izdivacına qarşı çıxdığını deyib: “Onlar məni rədd etdilər. Dedilər ki, biz Rajasthan, sən isə Pəncabdansan. Bizdən uzaq dur”.
Samir