25 Noyabr 2014 14:54
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. İsmayıllı rayon sakini Fəxrəddin Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış Neftçala rayon sakini İsrafil Əhmədova məxsus “Hovo” markalı avtomobilə vurub.

Fəxrəddin Babayev və sərnişinlərindən - İsmayıllı rayon sakinləri Əzizxan Mitəlov və İslam Rəhimov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: