Bakının Xətai rayonunda baş verən yanğın zamanı bir nəfər ölüb. Bu barədə Teleqraf.com-a Xətai rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun R.Məmmədov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Viktor Koletnikova məxsus 1 otaqlı mənzildə (9 mərtəbəli binanın 5-ci mərtəbəsi) yanğın baş verib.
Nəticədə bütövlükdə mənzilin yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğı, söndürüldükdən sonra mənzildə Viktor Koletnikovun yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov