Bakının Suraxanı rayonunda ağır yol qəzası törədən sürücü həbs edilib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Samir Mustafayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü müəyyən edilib.
Məlum olub ki, Samir Mustafayevi vuraraq hadisə yerindən qaçan “BMW” markalı avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Səməd Mənsimovdur. O, həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov