16 May 00:26
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Qax sakini, 2002-ci il təvəllüdlü Təbriz İsmayılzadə kəsilmiş, deşilmiş bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com