Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Vüsal Axundov 14 il müddətinə azadlıqdan məherum edilib.
İttihama görə, Vüsal Axundov əmisi oğlu Emin Axundovun əmlakını ələ keçirib.
Vüsal Axundov sahibkar əmisi oğluna kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gələrək onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirməkdə ittiham olunub.