Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.
Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Aydın Abdullayev vurulub. Piyadaya xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Honda” markalı avtomobilin sürücüsü - qəsəbə sakini Nəsir Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov