Keniyada keşişlərlə dolu avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 70 nəfər yaralanıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Nation nəşri məlumat yayıb.
Avtobusda 75 keşişin olduğu bildirilir.
Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.