Hindistanda qızına təcavüz edən adamı işgəncəylə öldürən ata ilk dəfə danışıb. Ata heç bir peşmanlıq duymadığı hadisəni bütün çılpaqlığıyla izah edib.
Teleqraf.com-un məlumatına görə, qızının intiqamını aldığını söyləyən Camil Qupta, sözügedən şəxslə əvvəl yemək yediyini, sonra da onu işgəncə ilə öldürdüyünü belə etiraf edib:
"Onu öldürmək istəmirdim. Səssizcə evimi və həyatımı tərk etməsini söylədim, amma məni təhrik etdi. Çox hirsləndim və ağlımı itirdim. Boğazına bir dəsmal sardım, əllərini bağladım, onu yerdə sürüklədim. Ocağı yandırdım, dəmir maşaları üzərinə qoyub qızdırdım. Öldüyünü sanmışdım, amma hələ nəfəs alırdı. Bir əlimlə boğazını sıxdım, digər əlimlə isidilmiş dəmir maşanı cinsi orqanına basdım. Elə yüksək səslə qışqırdı ki, səsini boğmaq üçün dəsmalın bir hissəsini ağzına tıxmaq məcburiyyətində qaldım. Dəmir maşanı ikinci dəfə basdığımda bədəni büküldü. Bir müddət sonra nəfəs almadı və bədəni hərəkətsiz qaldı".