Şəmkir rayonunun Dəllər qəsəbəsində qətl hadisəsi baş verib.
Teleqraf.com-un Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, 36 yaşlı Babək Hüseynov ailə münaqişəsi zəminində qaynanası 53 yaşlı Svetlana Abbasovanı bıçaqlayıb.
Aldığı bıçaq zərbələrindən sonra qadın dünyasını dəyişib. Cinayəti törədən Babək Hüseynov hadisədən sonra qaçmağa müvəffəq olub.
Hazırda hüquq-mühafizə orqanları kürəkənin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
Faktı Şəmkir rayon Prokurorluğu araşdırır.