Bakıda saxta rubllar aşkarlanıb.
Teleqraf.com-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində PB-yə gətirilmişər. Q.Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən Standart Banka məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib 3075 manat almaları müəyyən edilib.