Ağdamda təkəri partlayan "Mercedes" markalı minik maşını yol kənarındakı su quyusuna düşüb.
Teleqraf.com-un məlumatına görə, Şirinov Nazim Tapdıq oğlunun idarə etdiyi maşın yoldan çıxaraq köhnə kəhriz quyusuna aşıb.
Sürücü yüngül xəsarət alıb, həyat yoldaşı Şirinova Turanə Şirin qızı isə orta ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların yas mərasimindən qayıtdığı bildirilir.
Faktla bağlı Ağdam Rayon Polis şöbəsində araşdırma aparılır. /APA/