Filippinin mərkəzi və cənub bölgələrində “Hagupit” qasırğası həyatı iflic edib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Filippin Qırmızı Xaç Təşkilatının baş katibi Qvendoun Panq açıqlama verib. Onun sözlərinə görə, qasırğa artıq 21 nəfərin həyatına san qoyub. Panq həmçinin bölgədən evakuasiya edilən şəxslərin sayının 1 milyon 200 min nəfəri keçdiyini bildirib.
Qeyd edək ki, ötən il “Haiya” qasırğası nəticəsində 6300 nəfər həyatını itirib, 4 milyon insan isə evsiz qalıb.
Samir