Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Yunis Məmmədov bıçaqlanıb. O, bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yunis Məmmədova tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırmalar zamanı müəyyən edilib ki, Yunis Məmmədov xalası oğlu Mehdixan Bayramov tərəfindən bıçaqlanıb. Onların arasında şəxs münasibətlər zəminində mübahisə yaranıb və sonda mübahisə bıçaqlanma ilə nəticələnib.
Cinayəti törədən Mehdixan Bayramov həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov