Polis Bakıda 4 nəfər itkin düşmüş şəxsi taparaq evlərinə qaytarıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsi, Nəsimi rayon Polis İdarəsi 19-cu, 20-ci və 22-ci Polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, itkin düşmüş şəxslər - Valeh Rüstəmov, Vüsal Məhərrəmli, Nuranə Həsənova və Alsu Manafovanın qeydiyyatda olduqları ünvanlara qayıtmaları təmin edilib.