14 Dekabr 2014 10:45
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin quyuya düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş dərinliyi 30 metr olan quyuya düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və alpinist avadanlıqları vasitəsilə həmin şəxsi quyudan çıxarıblar.


Müəllif:

Oxşar xəbərlər