14 Dekabr 2014 21:45
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Şabran-Zöhrabkənd yolunda qeydə alınıb. Şabrana ova gələn Bakı şəhər sakini Yarıyev Məhəmmədəli Fətəli oğlunun idarə etdiyi “Niva” markalı maşın dumanlı havada yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində sürücü dünyasını dəyişib. Onun meyiti hadisədən 8 saat sonraTAPılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: