16 Dekabr 2014 11:23
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Fatma Dadaşzadə və Xatirə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində bu ilin yanvarın 8-də cinayət işi başlanıb. Cinayət işinin istintaqını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi aparıb.

İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatma Dadaşzadə və Xatirə Fərzəliyeva cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onların bir qrup şəxslə cinayət əlaqəsinə girərək cinsi istismar məqsədilə Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparması faktı aşkar olunub. İstintaq dövründə təqsirləndirilən şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilməyib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsuirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onların barəsində seçilmiş qəti imkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından həbs ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər