Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şəhər ərazisində “Nissan” və “Vaz” markalı minik avtomobilləri toqquşub.
Nəticədə deformasiyaya uğramış “Vaz” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Əliyeva Ceyhunə Mustafa qızının cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.