Bakı polisi cibgirliklə məşğul olan şəxslərin tutulması istiqamətində əməliyyat keçirib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai rayon Polis İdarəsin Cinayət Axtarış Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Qamət Qəhramanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Kamal Fərhadov tutulub.
Şübhəli şəxslər – Qamət Qəhramanovdan 0,160 qram heroin, Kamil Fərhadovdan 0,163 qram heroin aşkar olunaraq götürülüb.
Hacı Zeynalov