Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişi intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, sərxoş vəziyyətində olan 1986-ci il təvəllüdlü şəxs üçmərtəbəli yataqxananın damına çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən edilib.
Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.
İLHAMƏ